"Fənərbağça" prezidenti Ərdoğanın oğluna görə sıxışdırılır? - Bir gün öncə nə olmuşdu?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan dekabrın 18-də Fələstin üçün 1 yanvarda Qalata körpüsündə təşkil olunacaq mitinqlə bağlı mətbuat konfransı keçirib.
SAVASHMEDİA.az “Sözcü” qəzetinə istinadla xəbər verir ki, brifinqə Türkiyənin 4 böyük idman klubunun rəhbərliyi dəvət olunub.
Mətbuat konfransına “Qalatasaray”ın prezidenti Dursun Özbek, “Beşiktaş”ın Prezidenti Serdar Adalı, “Trabzonspor”un prezidenti Ertuğrul Doğan qatıldığı halda “Fənərbağça” prezidenti Sadettin Saran iştirak etməyib. Onu “Fənərbağça” klubunun İdarə Heyətinin üzvü Ertan Torunoğulları təmsil edib. S.Saranın konfransa qatılmaması müzakirələrə səbəb olub.
Xatırladaq ki, konfransadan bir gün sonra – 19 dekabrda polis narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində Sadettin Saranın evində axtarışlara başlayıb. Lakin heç bir narkotik vasitə aşkarlanmayıb.
Qış transfer pəncərəsi ilə bağlı İtaliyada səfərdə olan Saran ifadə vermək üçün Baş Prokurorluğa çağırılıb. O, gecə saatlarında Türkiyəyə qayıdıb. İfadə verdikdən sonra Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib. Orada klub prezidentindən narkotik maddə istifadə edib-etmədiyini müəyyən etmək məqsədilə qan və saç nümunələri götürülüb.
Bundan sonra S.Saran ölkədən çıxış qadağası və məhkəmə nəzarəti tətbiq olunmaqla azadlığa buraxılıb.
Banu