"İngiliscə danışmaq məcburdur? Rusca danışın" - Zelenki ilə Paşinyana lağ etdi
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyan və Ukrayna prezidenti Volodimir Zelenski barədə qalmaqallı açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Medvedev İrəvanda baş tutan görüşü sərt tənqid edərək bildirib ki, tərəflər kameralar önündə ingilis dilində danışmağa çalışsalar da, bu cəhdləri uğursuz alınıb.
Onun sözlərinə görə, əslində onlar özlərini daha rahat ifadə etdikləri rus dilinə üstünlük verməli idilər.
O, istehza ilə əlavə edib ki, bu görüşdə yalnız Donald Tramp və Cey Di Vens çatışımırdı ki, savadsızlara ingilis dilindən imtahan götürsünlər.
Medvedevin bu fikirləri qısa müddətdə sosial mediada geniş rezonans doğurub və müxtəlif reaksiyalara səbəb olub.
Səlcuq