Gürcü müxalifəti öndədir - “Edison Research” exit-poll nəticələrini açıqladı
“Edison Research” təşkilatı “exit-polu” açıqladı: müxalifət – 51,9; “Gürcü arzusu” – 40,9%
Seçki məntəqələri bağlandıqdan sonra “Formula” kanalında Edison Araşdırmasının exit-poll nəticələri elan edilib.
SAVASHMEDİA.az xəbər verir ki, nəticələr belə bölüşdürülüb:
“Gürcü arzusu” – Demokratik Gürcüstan - 40,9%
Birlik: Milli Xalq Partiyası, quruculuq strategiyası, Avropa Gürcüstanı - 16,7%
Dəyişiklik üçün koalisiya: Qvaramiya, Melia, Girçi, “Pora” - 16,7%
“Güclü Gürcüstan”: Lelo , xalq üçün, Azadlıq Meydanı, vətəndaşlar - 10,3%
“Rad” - Gürcüstan uğrunda - 8,2%
Girçi (Yaqo Xviçia) - 2,3%
Leyborist Partiyası - 2%
Vətənpərvərlər Alyansı/Alternativ İnformasiya - 2%
Digər partiyalar - 0,9
“Formula” televiziya şirkətinin sifarişi ilə Amerikanın nüfuzlu “Edison Research” təşkilatı işğal olunmuş ərazilər istisna olmaqla, bütün Gürcüstanda “exit-poll” keçirib. Seçkilərdə iştirak edən 14 946 nəfərlə müsahibə aparılıb. Səhv marjası 95% etibarlılıq intervalı üçün +/- 2,5% təşkil edir.
Xatirə SADİQ