Gürcüstanda parlament seçkisi başa çatdı

Bu gün Gürcüstanda keçirilən parlament seçkiləri saat 20:00-da başa çatıb. 

Oct 26, 2024 - 20:19
Gürcüstanda parlament seçkisi başa çatdı

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, seçkilərdə seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfər olub.

Gürcüstanda parlament seçkiləri ilk dəfə elektron texnologiyalardan istifadə edilməklə keçirilib. Belə ki, seçicilər məntəqələrin 90%-dən çoxunda səs veriblər. Ənənəvi seçkilər bütün ölkə üzrə fəaliyyət göstərən, qeydə alınmış seçicilərin sayı 300-dən az olan seçki məntəqələrinin təxminən 10%-də keçirilib.

Gürcüstanda 13-ü istisna olmaqla, 3044 seçki məntəqəsi açılıb, onlardan 12-si cəzaçəkmə müəssisələrində, biri isə psixiatrik mərkəzdə olub. 

Proporsional sistemlə seçilən 150 yerlik parlamenti 5 faizlik baryeri keçən partiyalar dolduracaq.

Xatirə SADİQ