Müxalifət də, iqtidar da qələbələrini elan etdi - Gürcüstanda gərginlik pik həddə

Parlament seçkilərinin başa çatmasından sonra Gürcüstanda maraqlı vəziyyət yaranıb.

Oct 26, 2024 - 20:40
Oct 26, 2024 - 20:44
Müxalifət də, iqtidar da qələbələrini elan etdi - Gürcüstanda gərginlik pik həddə

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, ilk “exit-poll”un elanından sonra həm hakim "Gürcü Arzusu", həm də əsas müxalifət partiyaları qələbəni qeyd edirlər.

Hakimiyyətyönlü “İmedi” telekanalının sifarişi ilə “GORBİ” şirkəti “Gürcü arzusu”nun 56,1: səs topladığını, müxalifyönlü “Formula” və “Mtavari” telekanallarının sifarişi ilə “Edison Research” və “Harrys X” müxalifətin qalib gəldiyini elan edib.

Xatirə SADİQ