“Hərbçilərimizi qoruduq” - ABŞ yenidən İrana zərbə endirdi
ABŞ ordusu yenidən İrana zərbə endirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın sözçüsü Timoti Hokins bildirib ki, ABŞ bu addımı bölgədə yerləşən hərbçilərini İran qüvvələrinin yaratdığı təhlükələrdən qorumaq üçün atıb:
“Hədəf mina və raket buraxılış sistemləri yerləşdirmək istəyən İran qayıqları olub. ABŞ davam edən atəşkəs şəraitində təmkin nümayiş etdirməklə yanaşı, qüvvələrini müdafiə etməyə də davam edir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bölgədəki hərbi qüvvələrinə İran tərəfindən mümkün təxribatlara cavab vermək səlahiyyəti verib.
Banu