Siqareti tərgitdikdən neçə müddət sonra ağciyərlər özünü bərpa edir?

Ağciyərlərin bərpa prosesi siqaretdən imtina etdikdən sonra bir neçə həftə ərzində başlayır. İlk müsbət dəyişiklik son siqaretdən iki həftə, bəzən də üç ay sonra müşahidə olunur.

May 26, 2026 - 10:56
Siqareti tərgitdikdən neçə müddət sonra ağciyərlər özünü bərpa edir?

SAVASHMEDİA.az xəbər verir ki, ağciyərlər yüksək regenerasiya qabiliyyətinə malik olsa da, bəzi zədələr geri dönməz olaraq qala bilər. Bərpanın səviyyəsi insanın yaşından, siqaret çəkmə müddətindən və yanaşı xəstəliklərdən asılıdır.

Siqareti tərgitdikdən sonra ağciyərin selikli qişasını mikroblardan təmizləyən epitel kirpikcikləri yenidən formalaşır, oksidləşdirici stress azalır, qan dövranı yaxşılaşır və ağciyərlərin fəaliyyəti bərpa olunur. Bunun nəticəsində öskürək və bəlğəm azalır, nəfəs darlığı isə zəifləyir.

Siqareti tərgitmək ilk 1 il ərzində infarkt və insult riskini iki dəfə azaldır. Ağciyər xərçəngi riski də siqaret çəkməyə davam edən insanlarla müqayisədə daha aşağı olur.

Siqaretdən imtina tənəffüs funksiyasının zəifləməsini ləngidir, emfizemanın (ağciyərlərdəki hava kisəciklərinin (alveolların) zədələnməsi və elastikliyini itirməsi)  inkişaf sürətini azaldır və xəstəxanaya yerləşdirilmə hallarının sayını aşağı salır.

Banu