Mənzurə arıqlamaq üçün kivi sirkəsi içdi, xəstəxanalıq oldu

Müğənni Mənzurə Musayeva xəstəxanalıq olub.

Oct 30, 2025 - 20:42
Mənzurə arıqlamaq üçün kivi sirkəsi içdi, xəstəxanalıq oldu

SAVASHMEDİA.az xəbər verir ki, ifaçı bu barədə qonaq olduğu “Rəngarəng” verilişində danışıb.

O bildirib ki, arıqlamaq üçün içdiyi sirkə səhhətində ciddi problem yaradıb:

“Arıqlamaq üçün kivi sirkəsi içməyə başladım. Yemək yemədim, sirkəni suya töküb içirdim. Bir müddət sonra halım pisləşdi, başım gicəlləndi. Xəstəxanaya getdim. Müayinələrdən sonra məlum oldu ki, içdiyim sirkə qandakı 5 vitamini aşağı salıb. Kivi sirkəsi arıqladır, ancaq eyni zamanda zərər də verir.

Banu