DTX bu gün icra başçısı ilə birgə onları da saxlayıb - ADLAR BİLİNDİ 

DTX-nin Balakəndə keçirdiyi əməliyyat zamanı icra başçısı ilə yanaşı onun 3 müavini və şəhərin baş memarı da həbs olunub.

Oct 30, 2025 - 21:48
DTX bu gün icra başçısı ilə birgə onları da saxlayıb - ADLAR BİLİNDİ 

SAVASHMEDİA.az "yeni sabah"-a istinadən xəbər verir ki, bu barədə Balakən rayonunun sabiq icra başçısı və Milli Məclisin deputatı Nəsib Məhəməliyev məlumat verib.

“Məlumata görə, icra başçısı ilə bərabər onun 3 müavini və rayonun baş memarı da həbs olunub”.

Qeyd edək ki, icra başçısının üç müavini var: Turan Eldar oğlu Dibirov, Nəzakət Carullah qızı Rüstəmova və Mehparə Zahid qızı Nuriyeva.

Şəhərin baş memarı Rəcəbov Tahir Əlipaşa oğludur.