Netanyahu qorxunc xəstəliyini gizlədibmiş - "Qorxurdum ki, İran..."

İsrailin Baş naziri Benyamin Natanyahu xəstəxanaya yerləşdirilib.

May 26, 2026 - 11:45
Netanyahu qorxunc xəstəliyini gizlədibmiş - "Qorxurdum ki, İran..."

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Məlumata görə, Baş nazir ötən gün Yerusəlimdəki “Hadassah Ein Kerem” Tibb Mərkəzinə aparılıb. Ona stomatoloji müalicə göstərilib.

Qeyd edək ki, 76 yaşlı siyasətçinin səhhəti son aylarda İsraildə ciddi müzakirə olunur. Buna səbəb Netanyahunun səhhəti ilə bağlı məlumatların ictimaiyyətdən gizlədildiyinin iddia olunmasıdır.

Ötən ay Netanyahu prostat vəzində aşkarlanan bədxassəli şişlə bağlı radioterapiya aldığını etiraf edib. O, məlumatı gec açıqlamasını səbəbini İranın bundan təbliğat məqsədilə istifadə edə biləcəyi ilə əlaqələndirib. 

Xatırladaq ki,  Netanyahunun ürəyinə 2023-cü ildə kardiostimulyator yerləşdirilib. Bundan başqa, o, 2024-cü ildə yırtıq və prostat əməliyyatları da keçirib.

Banu