“Təcavüzkara heç bir güzəşt olmamalıdır” - Katarina Maternova
“Avropalı liderlərin Ukrayna prezidenti Volodimir Zelenskini Vaşinqtonda müşayiət etmələri aydın siqnaldır: Avropa Ukraynanın arxasındadır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukraynanın Avropa İttifaqındakı (Aİ) səfiri Katarina Maternova “Facebook” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Ukraynaya ərazi mübadiləsi hesabına təklif edilən “sülh” qəbuledilməzdir.
“Məsələn, Ukraynadan öz ərazisinin şərq hissəsini – hətta Putinin hərbi yolla nail olduğunun hüdudlarından kənarda – təslim etməsi gözlənilir. Belə “sülh” qəbuledilməzdir. Aİ, əksinə, əvvəldən aydın və qətiyyətli danışır: sülh beynəlxalq hüququn prinsipləri əsasında – Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında qurulmalıdır. Təcavüzkarlarla heç bir ilğım, heç bir güzəşt”, - deyə Maternova vurğulayıb.
Onun sözlərinə görə, Ukraynanı dəstəkləyən Avropa əslində kapitulyasiya olan “sülhə” yol verməyəcək. “ABŞ ilə birlikdə biz Putini ilk növbədə real atəşkəsə, sonra isə Ankoricdə baş verməmiş real sülhə razılaşmağa məcbur etməliyik”.
Xatirə SADİQ