ABŞ bu gün İrana güclü zərbələr endirəcək - Tramp 

ABŞ Prezidenti Donald Trump İrana qarşı yeni hərbi zərbələrin endiriləcəyini açıqlayıb.

Jun 11, 2026 - 01:21
ABŞ bu gün İrana güclü zərbələr endirəcək - Tramp 

SAVASHMEDİA.az xəbər verir ki, Ağ evdə jurnalistlərin suallarını cavablandıran Tramp ABŞ-nin bir gün əvvəl İran hədəflərinə zərbələr endirdiyini xatırladaraq, əməliyyatların davam edəcəyini bildirib.

"Biz dünən onları sərt şəkildə vurduq. Bu gün də yenidən və daha sərt şəkildə zərbə endirəcəyik", - ABŞ prezidenti vurğulayıb.

Tramp bu qərarı İranın Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus AH-64 “Apache” helikopterini vurması ilə əlaqələndirib və Vaşinqtonun buna cavab vermək hüququnun olduğunu bildirib.

Qeyd edək ki, son günlər ABŞ və İran arasında gərginlik yenidən artıb. Tərəflər bir-birini qarşılıqlı hücumlarda ittiham edir.

Oğuz