Serbiya prezidenti istefa verəcəyini açıqladı
Serbiya Prezidenti Aleksandr Vuçiç dövlət başçısı vəzifəsindən istefa verməyi və Baş nazir vəzifəsinə namizədliyini irəli sürməyi düşündüyünü açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Serbiya rəhbəri "Belqrad Radiosu"nun efirində bildirib.
Serbiya liderinin sözlərinə görə, o, hətta vəzifəsindən üç-dörd aydan tez vəzifəsindən ayrıla bilər.
O, həmçinin qeyd edib ki, hər gün baş nazirliyə namizəd olmaq ehtimalı barədə düşünür.
Qeyd edək ki, Aleksandr Vuçiç ilk dəfə 2017-ci ildə Serbiyanın prezidenti seçilib.
Aytən