Tramp mitinqdə qadının arxasını təriflədi - “Möhtəşəm omban var, ayağa qalx!” + VİDEO

ABŞ Prezidenti Donald Trampın məşhur repçi Niki Minajın fiziki görünüşü ilə bağlı sözləri gündəm olub.

Oct 26, 2026 - 15:09
Tramp mitinqdə qadının arxasını təriflədi - “Möhtəşəm omban var, ayağa qalx!” + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Tramp ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Miçiqan ştatının Port Huron şəhərində mitinq keçirib. 

ABŞ lideri çıxışı zamanı respublikaçı namizədlərə dəstək verib.

Təxminən iki saat davam edən çıxışında siyasi rəqiblərini tənqid edən D. Tramp daha sonra repçi Niki Minaj haqqında danışıb.

Bu zaman ABŞ prezidenti məşhur repçinin fiziki görünüşünə diqqət çəkib:

“Möhtəşəm bir omba gördüm. Niki Minaj, elə deyilmi? O ombanı görməmək çətindir”.

ABŞ Prezidenti daha sonra N. Minajdan ayağa qalxmasını istəyib. Repçi yerindən qalxaraq izdihamı salamlayıb.

Qeyd edək ki, mitinq respublikaçıların Senata namizədi Mayk Rocersə və Miçiqan qubernatorluğu uğrunda mübarizə aparan Con Ceymsə dəstək məqsədilə təşkil olunub.

Banu