Makron hələ də fikrindən daşınmayıb - Ukraynaya qoşun göndərəcək
Fransa hələ də öz qoşunlarını Ukraynaya göndərmək imkanını mümkün hesab edir.
SAVASHMEDİA xəbər verir ki, bu barədə Fransanın Avropa işləri üzrə naziri Bencamin Haddad “Berliner Zeitung” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, digər Qərb ölkələrinin kəskin tənqidlərinə baxmayaraq, ölkəsi bu ideyadan imtina etmir.
Jurnalistlərin məsələnin gündəmdə olub-olmaması ilə bağlı sualına Həddad belə cavab verib:
“Prezident Makron dedi ki, biz heç nəyi istisna etməməliyik və bu, qüvvədə qalır. Biz xüsusən təlim missiyalarını reallaşdırmaq imkanına baxmalıyıq”.
Nazir hesab edir ki, bu mövzunu Fransanın müttəfiqləri ilə müzakirə etmək lazımdır.
Xatırladaq ki, Makron Ukraynaya qoşun göndərilməsi məsələsini ilk dəfə ötən ilin fevralında gündəmə gətirib. Fransa dövlət başçısı bunun cəbhədə irəliləyişin və Kiyevin müvafiq müraciətinin olması şərtilə mümkün olacağını əlavə etmişdi.
Xatirə SADİQ