Abxaziyada teleradio şirkətinin ələ keçirilməsinin qarşısı alındı
Naməlum şəxslər Abxaziya Dövlət Teleradio Şirkətinin (AGTRK) binasını ələ keçirməyə cəhd ediblər.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Abxaziya prezidentinin informasiya mərkəzində məlumat verilib.
Qeyd edilib ki, müxalifət qüvvələrini təmsil etdiyi ehtimal olunan bir qrup şəxs AGTRK ərazisinə yaxınlaşıb və naməlum şəxslər yayıma nəzarəti ələ keçirməyə çalışıblar.
“Mühafizə olunan əraziyə girişin qarşısını almaq üçün təhlükəsizlik əməkdaşları xəbərdarlıq atəşi açmağa məcbur olublar”, - məlumatda deyilir.
Hazırda vəziyyətin stabilləşdiyi və kanalın əməkdaşlarının adi qaydada işləməyə davam etdikləri vurğulanıb.
Bundan öncə Abxaziya Respublikasının Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkədə baş verən çevriliş cəhdləri və etiraz aksiyaları Rusiya ilə münasibətlərə mənfi təsir göstərir və dövlətin beynəlxalq imicinə xələl gətirir.
Xatirə SADİQ