Jozep Borrel ABŞ-nin qərarını dəstəklədi

“Ümid edirəm ki, üzv dövlətlər bununla razılaşacaqlar”.

Nov 18, 2024 - 14:18
Jozep Borrel ABŞ-nin qərarını dəstəklədi

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri noyabrın 18-19-da Brüsseldə keçiriləcək görüşdə Rusiyanın dərinliklərinə Qərb silahları ilə zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə edəcəklər. 

SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Aİ komissarı Jozep Borrell xarici işlər nazirləri ilə görüşdən öncə bildirib. 

“Mən dəfələrlə demişəm ki, Ukrayna ona verdiyimiz silahlardan təkcə oxları dayandırmaq üçün deyil, həm də oxatanları vurmaq üçün istifadə edə bilməlidir”, - deyə Borrell əlavə edib. 

O, Aİ-nin də belə addım atacağına əminliyini vurğulayıb: “Ümid edirəm ki, üzv dövlətlər bununla razılaşacaqlar”.

Xatirə SADİQ