"Zelenski istəyəndə Putin istəmədi, Putin də istəyəndə Zelenski" - Tramp

ABŞ Prezidenti Donald Tramp, Kremlin Rusiya-Ukrayna sülh danışıqlarına "ara verildiyini" açıqlamasından sonra sərt bəyanatla çıxış edib. 

Sep 13, 2025 - 01:45
"Zelenski istəyəndə Putin istəmədi, Putin də istəyəndə Zelenski" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, Tramp Rusiya Prezidenti Vladimir Putinə qarşı səbrinin "sürətlə tükəndiyini" bildirib və Moskvanın kompromis göstərməyəcəyi təqdirdə Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edilə biləcəyini vurğulayıb:

"Putinə qarşı səbrim tükənmək üzrədir və sürətlə tükənir. Amma unutmayaq ki, tango etmək üçün iki nəfər lazımdır".

Tramp Moskvanın kompromis göstərmədiyi halda sərt sanksiyaların gündəmə gələ biləcəyini bildirib. O, Rusiyanın Ukrayna ilə sülh danışıqlarında konstruktiv mövqe nümayiş etdirməsini istədiyini vurğulayıb.

Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş məsələsində ortaq qərar alınmadığını qeyd edib:

"İnanılmazdır. Putin görüşmək istəyəndə Zelenski istəmədi. Zelenski istəyəndə Putin razı olmadı. İndi isə Zelenski istəyir, amma Putin tərəfi sual altındadır".

Aytən