“Ukraynada müharibə dondurula bilər” - Donald Tusk
Polşanın baş naziri Donald Tusk Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə müvəqqəti “dondurulmanın” mümkün olduğunu bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
“Müəyyən siqnallar var, məndə də belə bir intuisiya var ki, ola bilsin, münaqişənin dondurulması – müharibənin bitməsi haqqında danışmaq istəmirəm – daha tez baş verə bilər”, - deyə Polşa baş naziri Ukrayna prezidenti Volodimir Zelenski ilə bu gün telefon danışığından sonra vurğulayıb.
Tusk əlavə edib ki, Zelenski söhbət zamanı çox ehtiyatlı, lakin yenə də nikbin olub.
“Ukrayna tərəfi Avropanın, o cümlədən Polşanın bu gələcək atəşkəsin, sonra isə sülhün təşəkkülündə iştirak etməsində çox maraqlıdır. Biz də regionumuzda sülhün bərqərar olmasında çox maraqlıyıq. Çünki bu, həm də təhlükəsizliyimizə çox müsbət təsir göstərəcək”, - deyə baş nazir diqqətə çatdırıb.
Xatirə SADİQ