“Rusiya öz təsirini Yaxın Şərqdə itirməyib” – Sergey Narışkin

“Moskva Yaxın Şərq regionunda son dərəcə nüfuzlu oyunçu olaraq qalır”.

Jan 24, 2025 - 11:12
“Rusiya öz təsirini Yaxın Şərqdə itirməyib” – Sergey Narışkin

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu qonşu ölkənin Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib. 

Ölkəsinin Yaxın Şərqdə təsirinin azalması ilə bağlı bəyanatları təkzib edən Narışkin iddia edib ki, Rusiya həmin regiondakı mövqeyini itirməyib. 

Rusiyanın baş kəşfiyyatçısı hesab edir ki, Qərb nəşrlərinin bunun əksini iddia etməsi həqiqətə uyğun deyil: “Xeyr, qətiyyən yox. Rusiya Yaxın Şərqdə çox nüfuzlu oyunçudur, ərəb dünyası ölkələri və Türkiyə bunu anlayır. Ona görə də Rusiyanın Yaxın Şərqdəki mövqeyinin itirilməsi yoxdur”.

Xatirə SADİQ