Berlin rəsmiləri bu səbəbdən Moskvaya gəlməyəcəklər

Almaniya hökuməti 2025-ci il mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirakdan imtina edib. 

Jan 24, 2025 - 11:07
Berlin rəsmiləri bu səbəbdən Moskvaya gəlməyəcəklər

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbəbr verir ki, bunu Almaniyanın Rusiyadakı səfiri Aleksander Lambsdorf deyib.

“Moskvada biz heç cür rəsmi səviyyədə paradda təmsil olunmayacağıq”, - deyə diplomat bildirib.

Lambsdorff diqqətə çatdırıb ki, Ukrayna münaqişəsi bitənədək Berlin Moskvada keçiriləcək hərbi paradda iştirak edə bilməz. 

Almaniya ölkə prezidenti Frank-Valter Ştaynmayerin 2025-ci il mayın 8-də Bundestaq qarşısında ənənəvi müraciəti ilə çıxışı ilə kifayətlənəcək. 

Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib ki, ölkələrinə dost olan 19 dövlətin nümayəndələri qələbənin 80-ci ildönümü münasibətilə keçiriləcək parada dəvət alıblar.

Xatirə SADİQ