“Ukrayna qalib gəlməlidir” – Fridrix Merts
Almaniya müxalifətinin lideri Fridrix Merts kansler seçiləcəyi təqdirdə özünün strateji prioritetləri arasında Rusiyanın Ukraynaya qarşı müharibəsinə ədalətli şəkildə son qoyacağını bildirib.
SAVASHMEDİA.az bu barədə “Der Spiegel” nəşrinə istinadən xəbəbr verir.
Berlində keçirilən tədbirdə çıxışı zamanı Merts söz verib ki, Ukraynanı dəstəkləməyə davam edəcək.
Onun sözlərinə görə, Rusiyanın aqressiv müharibəsində Ukrayna qalib gəlməli və öz siyasi və hərbi ittifaqlarını seçməkdə sərbəst olmalıdır.
“Qələbə öz dövlət suverenliyini həyata keçirən demokratik legitim hökumətlə ərazi bütövlüyünün bərpası deməkdir”, - deyə kanslerliyə namizəd vurğulayıb.
Nəşr onu da vurğulayır ki, Merts əlavə silah tədarükünü maliyyələşdirmək üçün 3 milyard avroluq mümkün yardım paketi ətrafında yaranan mübahisələri birbaşa şərh etməyib.
Hazırkı kansler Olaf Şolts kimi Merts də bildirib ki, Almaniya müharibənin tərəfinə çevrilməməlidir.
Xatirə SADİQ