“ABŞ NATO-da qalır” - Marko Rubio

“Vaşinqton NATO-ya üzvlük məsələsini şübhə altına qoymur. ABŞ prezidenti NATO-nu dəstəklədiyini aydın şəkildə bildirdi və biz NATO-da qalmağı planlaşdırırıq”.

Apr 3, 2025 - 15:15
“ABŞ NATO-da qalır” - Marko Rubio

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio NATO-nun baş katibi ilə birgə keçirdiyi brifinqdə deyib. 

Dövlət katibi həmçinin xatırladıb ki, ABŞ bu yaxınlarda Litvada keçirilən təlimlər zamanı dörd əsgərini itirib. 

“Bu, bizə ABŞ-nin NATO-da olduğunu xatırladır”, - deyə Rubio əlavə edib.

Bununla belə, o, ölkəsinin NATO üzvü kimi uğurlu mövcudluğu üçün alyansın digər üzvlərindən dəyişikliklər, xüsusən də onların hərbi büdcələrində artım gözlədiyini gizlətməyib.

Rubionun sözlərinə görə, müttəfiqlər arasında bu cür qarşılıqlı faydalı “mübadilə”ni normal hesab edir: “Bizə NATO-nun daha həyat qabiliyyətli olması lazımdır. Alyansın daha güclü və həyat qabiliyyətli olmasının yeganə yolu (müdafiə) imkanlarının möhkəmləndirilməsidir. Biz müdafiəyə üstünlük veririk və eyni şeyi nəzərdə tuturuq”.

Qeyd edək ki, bu gün ABŞ-nin NATO-dakı yeni səfiri Metyu Uitaker Brüsselə gəlib və işinə başlayıb.

Xatirə SADİQ