Rusiyada təyyarə qəzaya düşdü – Sağ çıxan yoxdur

Rusiyaya məxsus “An-22” hərbi-nəqliyyat təyyarəsi İvanovo vilayətində qəzaya uğrayıb.

Dec 9, 2025 - 15:46
Rusiyada təyyarə qəzaya düşdü – Sağ çıxan yoxdur

SAVASHMEDİA.az xəbər verir ki, təyyarə Furmanovski rayonunda İvankovo kəndi yaxınlığındakı su anbarına düşüb.

Məlumata görə, “An-22” təmirdən sonra sınaq uçuşuna çıxıbmış. Təyyarənin göyərtəsində 7 ekipaj üzvü olub. Ekipaj qəza anında təyyarəni yaşayış binalarından uzaqlaşdırmağı bacarıb. Parça-parça olmuş təyyarənin qalıqları su anbarından tapılıb. Ekipaj üzvlərinin öldüyü bildirilib.

Rusiya Müdafiə Nazirliyi qəzanın baş verdiyini təsdiqləyib və ekipaj üzvlərinin axtarışlarına başlanıldığını bildirib.

Banu