Direktorla dalaşdı, özünə xəsarət yetirdi - Bakıda məşhur kollecdə DAVA + FOTO
Bu gün səhər saatlarında Sənaye və Texnologiya Kollecində insident baş verib.
SAVASHMEDİA.az milli.az-a istinadən xəbər verir ki, Sənaye və Texnologiya Kollecində laborant kimi çalışan S.N (ad şərtidir) kollecin direktoru Nasim Abışovla mübahisə edib.
Bundan sonra isə S.N özünə xəsarətlər yetirib və dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb. Özünə xəsarət yetirən şəxsin vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.
Məlumata görə, Nasim Abışov 2025-ci ildə Sənaye və Texnologiya Kollecinə direktor təyin olunub və bir müddətdir ki, kollecin müəllim və digər əməkdaşları ilə problemlər yaşayır.
Qeyd edək ki, N. Abışov Azərbaycan Respublikası yanında AAK-da ekspert komissiyasının sədr müavini olmuşdur. 2025-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru vəzifəsində işləyir.