Ruslara qarşı döyüşən ukraynalı "Neftçi"dən 85 min manat alacaq - Yuri Vernidub kimdir?
“Neftçi”nin baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin edilib.
SAVASHMEDİA.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
“Neftçi”nin yeni ukraynalı baş məşqçisi Yuri Vernidub Bakı klubunda aylıq 50 min dollar (85 min manat) maaş alacaq.
Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində “Metallurq” (Zaporojye), “Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” (Soliqorsk), Moldovada “Şerif” klublarında çalışıb.
59 yaşlı məşqçi müxtəlif illərdə “Zarya” və “Krivbass” ilə Ukrayna çempionatının bürünc mükafatçısı, “Şerif”lə 2 dəfə Moldova çempionu olub.
“Şerif”i UEFA Çempionlar Liqasının, “Zarya”nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, “Krivbass”ı 24 ildən sonra avrokuboklara çıxaran mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.
Qeyd edək ki, məşqçilər korpusunda Vernidubun köməkçiləri – Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alırlar.
Yuri Vernidub 22 yanvar 1966-cı ildə dünyaya gəlib. Vernidubun 1983-2000-ci illərdə futbolçu karyerası olub. Müdafiə və yarımmüdafiə mövqelərində çıxış etmiş Vernidub 462 dəfə meydana çıxıb. O, sözügedən matçlarda 31 dəfə qol vurmağa nail olub.
Ukraynalı 2001-ci ildən isə məşqçilik karyerasına başlayıb. 2011-ci ilə kimi köməkçi məşqçi kimi fəalliyət göstərən funksioner artıq 14 ildir baş məşqçilik edir.
O, "Zorya", "Şaxtyor Soliqorsk", "Şerif" və "Krivbass" kimi klubları çalışdırıb. Vernidub "Şerif"lə Moldova, "Şaxtyor"u ilə də Belarus çempionu olub.
Baş məşqçinin Çempionlar Liqasında "Şerif"lə "Real Madrid"i məğlub etməsi isə bir dönəm Avropanın diqqətini çəkib.
Lakin Yuri Vernidub cari ilin yanvar ayıdan etibarən klub çalışdırmır. Bu müddət ərzində futboldan uzaq qalan mütəxəssis bir müddət Ukrayna müharibəsində də iştirak edib.
O, cəbhəyə gedərək artilleriya diviziyasında döyüşüb.
Aytən