“Ukraynada prezident seçkilərinin vaxtı çatıb” - Tramp
ABŞ Prezidenti Donald Tramp Ukraynanı prezident seçkiləri keçirməyə çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ lideri “Politico” nəşrinə müsahibəsində Ukraynada prezident seçkilərinin vaxtının çatdığını bildirib.
“Ukraynadakı mövcud vəziyyət ölkə rəhbərliyində təcili dəyişikliklər tələb edir. Ədalətli və şəffaf seçkilər Rusiya və Ukrayna arasında münaqişənin həlli istiqamətində mühüm addım ola bilər” – Tramp qeyd edib.
ABŞ prezidenti avropalı liderləri sərt tənqid edib: “Onlar sadəcə danışırlar, heç bir hərəkət etmirlər. Hazırkı qlobal şəraitdə bu, qəbuledilməzdir”.
Banu