“Neftçi” kapitanlarla müqaviləni uzatdı

“Neftçi” kapitanlar - Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətlərini uzadıb. 

Jun 21, 2026 - 19:33
“Neftçi” kapitanlarla müqaviləni uzatdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib Yeni anlaşmaya əsasən, Mahmudovla 1+1 illik, Balayevlə isə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017/18 mövsümündən “Neftçi”nin şərəfini qoruyan Emin Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb. 

“Neftçi”nin yetirməsi olan Emil Balayev isə 2012/13-2014/15 və 2023/2024-2025/26 mövsümlərində “Neftçi”də çıxış edib və 25 rəsmi oyun keçirib.