Bakıda "Neftçi"yə qol vuran erməni futbolçu DANIŞDI
“Neftçi” UEFA Konfrans Liqasının 2026/27 mövsümünün II təsnifat mərhələsi çərçivəsində Belarusun “Dinamo” Minsk klubuna 2:4 hesabı ilə uduzub.
SAVASHMEDİA.az xəbər verir ki, matçda “Neftçi”nin qapısından 2 top keçirən erməni futbolçu Karen Vardanyan Bakıda jurnalistlərə açıqlama verib.
-Düşünürəm ki, komandamız xarakter göstərdi və bu, oyunun taleyini həll etdi. 0:2 geridə olanda sınmadıq.
- Oyunun belə başlayacağını gözləyirdiniz?
- Əlbəttə ki, yox. Düşünürəm, oyuna tam daxil ola bilmədik. Amma şükür ki, vəziyyəti dəyşdik və yaxşı da alındı.
- Növbəti oyunu Bolqarıstanda keçirəcəksiniz. Orada oynamaq sizə tanışdır?
- Bəli, orada ikinci oyunumuz olacaq. Amma heç kim oyundan əvvəl matçın necə keçəcəyini deyə bilməz. Çalışacağıq, mübarizə aparacağıq və ümid edirəm növbəti mərhələyə adlayacağıq.
- Rəqibi zəif görmək kimi ehtimal varmı?
- Xeyr, əsla. Bu, yaxşı futbolçuları olan güclü komandadır. Heç bir halda arxayınlıq olmayacaq. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir.
- Bu oyun karyeranızda yaddaqalan olacaq?
- Bəli, əlbəttə.
- Bu gün Bakıda qol vurmaq sizin üçün prinsipial idi?
- Xeyr, Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur. Mənim üçün bu, sadəcə çox vacib Konfrans Liqası oyunu idi. Rəqibin “Sabah” və ya başqa komanda olmasının fərqi yox idi.
- Fasilədə nə dəyişdi ki, komanda hücumda daha fəal oldu?
- Bunu baş məşqçidən soruşmaq lazımdır. O daha yaxşı izah edər.
- Növbəti oyunda da qol vuracağınıza inanırsınız?
- Əmin ola bilmərəm, amma əlimdən gələni edəcəyəm.