Azərbaycan klubu tarixində ilk dəfə İran çempionu oldu

Cənubi Azərbaycanın "Traktor" klubu tarixində ilk dəfə İran çempionu olub.

May 2, 2025 - 22:46
Azərbaycan klubu tarixində ilk dəfə İran çempionu oldu

SAVASHMEDİA.az xəbər verir ki, Təbriz komandası bu nailiyyətə İran Pro Liqasının XXVIII turunda nail olub.

"Traktor" səfərdə "Şəms Azər Qəzvin"i 4:0 hesabı ilə məğlub edib. Paralel qarşılaşmada isə "Sepahan" öz meydanında "Gol Gohar"a yenilib - 1:2.

Nəticədə Təbriz kollektivi xalını 64-ə çatdırıb və sona 2 tur qalmış ən yaxın izləyicisi olan İsfahan təmsilçisini 8 xal geridə qoyub.

Qeyd edək ki, 1970-ci ildə təsis olunmuş "Traktor" indiyədək iki dəfə İran Kubokunu qazanıb.