Ramiz Mehdiyev 8 milyona satışa çıxarılan villadan danışdı - ONUNDUR?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə aid olduğu iddia edilən, paytaxtın Tbilisi prospektində dəyəri 8 milyon dollar olan dəbdəbəli villa satışa çıxarılıb.
SAVASHMEDİA.az xəbər verir ki, məsələ ilə bağlı "unikal"a açıqlama verən Ramiz Mehdiyev villanın ona məxsus olmadığını deyib:
"Satışa çıxarılan villanın qətiyyən bizimlə əlaqəsi yoxdur. İlk dəfədir sizdən eşidirəm.
Bizim satışa çıxarılan villamız yoxdur. Kimə aid olduğunu bilmirəm", - deyə o qeyd edib.