Marko Rubio Rusiyaya başsağlığı verdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
SAVASHMEDİA.az Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, danışığın əsas mövzusu Ukraynada davam edən müharibə olub.
Məlumata görə, tərəflər mümkün siyasi nizamlanmaya dair müxtəlif təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar. Xüsusilə, iyunun 2-nə İstanbulda planlaşdırılan Moskva və Kiyev arasında birbaşa danışıqların bərpası planları müzakirə edilib.
Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Rubio Bryansk və Kursk vilayətlərində dəmir yolu infrastrukturunda baş vermiş partlayışlar nəticəsində həlak olanlara görə başsağlığı verib.
Oğuz