Ukrayna PUA-ları gecə hücumuna keçdi - Rusiya səmasında ölüm kabusu
Rusiya Lipetsk aerodromuna doğru uçan pilotsuz təyyarələrlə kütləvi İHA hücumu ilə üzləşir.
SAVASHMEDİA.az xəbər verir ki, Kursk, Lipetsk və Rostov vilayətlərində hava hücumundan müdafiə ekipajları hazırda Ukraynaya məxsus PUA-ların hücumlarını dəf etməyə çalışırlar.
Sakinlər səmada 10-dan çox partlayışın olduğunu bildiriblər. Yerli nəşrlərin məlumatına görə, aviasiya və hava hücumundan müdafiə sistemləri pilotsuz təyyarələri zərərsizləşdirmək üçün səfərbər olub.
Lipetsk şəhərinin 9-cu mikrorayonunda partlayış səsləri eşidilir.
Kurskda da çoxsaylı partlayış səsləri eşidilir.
Qara dənizdə Ukraynaya məxsus pilotsuz qayıqlar görüntülənib.
Oğuz