Masazırda motosiklet 4 yaşlı uşağı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Jun 20, 2026 - 12:02
Masazırda motosiklet 4 yaşlı uşağı vurub öldürdü

SAVASHMEDİA.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində, "Qurtuluş-93" yaşayış kompleksinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, 19 yaşlı sürücünün idarə etdiyi motosiklet 4 yaşlı Atilla Bağırovu vurub.

Ağır xəsarətlər alan azyaşlı dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı cinayət işi başlanıb.