"Zərbə vururuq, top dirəyə dəyir" - Türk xalqından ÜZR İSTƏDİ
Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu DÇ-2026 ilə erkən vidalaşmalarına münasibət bildirib.
SAVASHMEDİA.az-ın məlumatına görə, o, 2-ci turda Paraqvaya məğlubiyyətdən sonra "TRT Spor"a açıqlama verib.
Təcrübəli futbolçu komandanın əlindən gələni etdiyini, lakin nəticənin onların xeyrinə olmadığını deyib:
“Söz tapmaq çətindir. Bütün gücümüzü ortaya qoyduq, amma bu kifayət etmədi. Zərbə vururuq, qol olmur. Top dirəyə dəyir. Bu, bəxtsizlikdir. Rəqib bir zərbə ilə qol vurdu və matçı qazandı.
Bütün xalqımızdan üzr istəyirəm. Gənc komandamız var. Qarşıda bizi daha çox turnirlər gözləyir. Bəlkə də bu, mənim son turnirimdir. Amma gənc futbolçularımızı dəstəkləməyinizi xahiş edirəm”.
Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsində xal qazana bilməyib və 3-cü turun nəticəsindən asılı olmayaraq, pley-offa yüksəlmək şansını itirib.