Kurban Berdiyevdən qələbə şərhi

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 21-ci turunda bu gün "Zirə" ilə keçirilən oyunla bağlı fikirlərini bölüşüb.

Feb 20, 2026 - 23:15
Kurban Berdiyevdən qələbə şərhi

SAVASHMEDİA.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:0 hesablı qələbədən sonra təşkil edilən mətbuat konfransında bildirib ki, çox vacib 3 xal qazanıblar:

"İlk hissədə oyunumuz pis alınmadı. Əvəzetmlərdən sonra bir qədər təşəbbüsü əldən verdik. Xüsusilə Jo oyundan çıxdıqdan sonra. Çünki bu Filip Ozobiçin mövqeyi deyildi. Allaha şükürlər olsun ki, qələbə qazandıq".

O, əsas rəqiblərindən biri sayılan "Zirə"ni turnir cədvəlində qabaqlamalarını isə belə şərh edib: "Biz turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna növbəti matçı düşünürük. Buna köklənirik".

Səlcuq