Məşhur aktyor vəfat etdi - FOTO
Məşhur alman aktyor Horst Kraus vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, 83 yaşlı ustad aktyor Almaniyada qocalar evində ölüb.
Sevilən aktyorun ölüm səbəbi açıqlanmayıb. Kraus mülayim təbiəti, zarafatcıl və səmimi şəxsiyyəti ilə tamaşaçıların könlündə taxt qurub.
Aktyora daha çox şöhrət gətirən "Polizeiruf 110" serialındakı kənd polisi obrazı olub. 2007-2022-ci illər arasında yayımlanan “Polizeihauptmeister Krause” (Polis Baş Müfəttişi Krause) serialında rol alıb.
2003-cü ildə "Schultze Gets the Blues" filminə görə Stokholm Beynəlxalq Film Festivalında "Ən yaxşı kişi aktyor" nominasiyası üzrə mükafata layiq görülüb.
Banu
aktyor Horst Kraus