Ferdi Tayfurun vəsiyyəti üzə çıxdı
Yanvarın 2-də vəfat edən türkiyəli müğənni Ferdi Tayfurun vəsiyyəti üzə çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, sənətçinin mahnılarının müəllif hüququ ilə bağlı söz-söhbətlər nəhayət sonlanıb. Belə ki, onun son illərdə verdiyi müsahibədəki bu açıqlamaları gündəmə gəlib:
"Həyatda olduğum zaman da, öldükdən sonra da mahnılarımı hər kəs ödəniş etmədən dinləyə bilsin. Çünki o mahnıları mənim uşaqlarım və ya mirasçılarım yazmadı. O mahnıları mən yazdım. Xalq eşitsin, insanlar faydalansın deyə yazdım".