Kriştiano Ronaldo əsəbi bəyanatla MİLLİNİ TƏRK ETDİ - "Hər şeyi danışacağam"
Kriştiano Ronaldo Portuqaliya millisinin düşərgəsini tərk edib.
SAVASHMEDİA.az xəbər verir ki, Ronaldo qərarının səbəblərini açıqlamasa da, gələcəkdə bütün detalları danışacağını bildirib.
Ronaldo sosial şəbəkədə paylaşdığı açıqlamada bunları ifadə edib:
“Milli komandanın baş məşqçisinin mətbuat konfransından və Portuqaliya Futbol Federasiyasının Prezidenti ilə apardığım söhbətdən sonra milli komandanın məşq düşərgəsini tərk etmək qərarına gəldim”.
O, bununla bağlı daha sonra danışacağını bildirib:
“Vaxtı gələndə bütün portuqaliyalılara həmişə candan bağlandığım milli komandadan ayrılmağıma səbəb olan hadisələrin əsl səbəbləri açıqlayacağam”.
Ronaldo açıqlamasının sonunda Portuqaliya millisinə və komanda yoldaşlarına uğurlar arzulayıb.
Hadisənin alt qatında Ronaldo ilə baş məşqçi Jorge Jesus arasında yaşanan gərginliyin dayandığı bildirilir.
Ronaldo sentyabrın 27-də Norveçlə keçirilən və Portuqaliyanın 2:1 hesablı qələbəsi ilə başa çatan Millətlər Liqası oyununda 30 dəqiqə isinmə hərəkətləri etsə də, Jesus onu oyuna buraxmayıb.
Bundan sonra Ronaldo komandanın məşqlərində də əsas qrupla iştirak etməyib. Portuqaliya Futbol Federasiyası onun məşqdə olmadığını təsdiqləyib. Jorge Jesus isə Ronaldo ilə arasında problem olduğunu və futbolçunun məşqdən imtina etdiyini təkzib edib.
Jesus bildirib ki, heyətlə bağlı qərarları məhz baş məşqçi verir və Ronaldo da onun qərarlarına hörmət etdiyini deyib.
Məsələnin həlli üçün federasiya prezidenti Pedro Proença da Kopenhagenə gedib. Portuqaliya mediası əvvəlcə onun Ronaldo və Jesusla görüşəcəyini yazıb. Lakin bütün bunlardan sonra Ronaldo düşərgəni tərk etmək qərarını açıqlayıb.
Oğuz