Pilotla əlbəyaxa olan sərnişin HƏR ŞEYİ Netanyahuya DANIŞDI - "Boğazından sıxdım, sonra..."

İsrailin Baş naziri Benyamin Netanyahu “Ben-Qurion” hava limanında “Flydubai” təyyarəsində insident törədən ikinci pilotun zərərsizləşdirilməsinə kömək edən sərnişin Yaniv Hayonla görüşüb.

Sep 30, 2026 - 22:08
Sep 30, 2026 - 22:24
Pilotla əlbəyaxa olan sərnişin HƏR ŞEYİ Netanyahuya DANIŞDI - "Boğazından sıxdım, sonra..."

SAVASHMEDİA.az xəbər verir ki, B. Netanyahu Yaniv Hayonu qucaqlayaraq ona təşəkkür edib. 

İnsident zamanı etdiklərini danışan Y. Hayon bildirib ki, təyyarənin idarəolunmasına da müdaxilə edib:

“Hadisəni törədən şəxsi (ikinci pilotu-red) tutdum, boğazından sıxaraq onu kənara çəkdim. Bizimlə birlikdə olan israilli dostlara səsləndim, onu onlara təhvil verdim. Daha sonra geri qayıdaraq idarəetmə sükanını tutdum və arxaya doğru çəkməyə başladım”.

Qəhrəman sərnişin bildirib ki, elə həmin vaxt təyyarənin uçuşunun sabitləşməyə başladığını görüb:

“Təyyarə tədricən tarazlaşmağa başladı. Daha sonra pilot idarəetməni öz üzərinə götürdüyünü dedi”.

Xatırladaq ki, bu gün Dubaydan (BƏƏ) Təl-Əvivə uçan “Flydubai” təyyarəsində insident yaşanıb. İki pilot arasında fiziki qarşıdurma baş verib. Bu zaman təyyarənin qaçırıldığını bildirmək üçün istifadə olunan 7500 kodu ötürülüb. İkinci pilot əsas pilotu cib bıçağı ilə yaralayıb. Hücum edən pilot sərnişinlərin köməyi ilə zərərsiz hala gətirilib. 

İkinci pilotu zərərsizləşdirdikdən sonra təyyarənin göyərtəsində olan ehtiyat uçuş heyəti idarəetməni üzərinə götürüb və təyyarəni Səudiyyə Ərəbistanının Tabuk hava limanına endirib.
 
İnsidenti törədən pilot saxlanılıb.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)