İmamoğlu vəkili vasitəsilə xalqa mesaj göndərdi - İşarə etdiyi bir nəfər kimdir?
Səhər saatlarında evində axtarış aparıldıqdan sonra saxlanılan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu vəkili vasitəsilə ikinci mesajını yayıb.
SAVASHMEDİA.az xəbər verir ki, vəkil Mehmet Pehlivan Əkrəm İmamoğlu ilə görüşündən sonra X hesabında “başqanımızın millətinə daha bir mesajı var” başlıqlı paylaşım edib.
İmamoğlunun həmin mesajını təqdim edirik:
“Mənim əhvalım çox yaxşıdır, inşallah, hər kəsin də əhvalı yaxşı olsun. Bu prosesdən daha güclü çıxacağıq. Millətin iradəsi və fərasəti bir nəfərdən böyükdür".
Oğuz