Saakaşvili həbsdə imicini dəyişdi, ruslar LAĞA QOYDU - “Nə oldu, Mixail...” + FOTO

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili həbsxanada imicini dəyişib.

May 26, 2026 - 14:34
Saakaşvili həbsdə imicini dəyişdi, ruslar LAĞA QOYDU - “Nə oldu, Mixail...” + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, Saakaşvilinin məhkəmə zalından çəkilmiş fotosu maraqla qarşılanıb.

Sabiq prezident məhkəməyə Ukrayna milli geyiminə bənzəyən qırmızı naxışlı ağ köynəklə çıxıb. Saçını isə Ukrayna kazaklarının saç stilinə uyğun kəsdirib.

Rusiyanın “Абзац” Telegram kanalı fotonu “Bütün bunlar “Taras Bulba” filminin çəkilişlərini xatırladır. Bu münasibətlə sual yaranır: “Nə oldu, Mixail, sənə polyakların, ukraynalıların köməyi dəymədi?” başlığı ilə yayıb.

Xatırladaq ki, Mixail Saakaşvili 2014-cü ildə Petro Poroşenko tərəfindən Ukraynaya dəvət edilib və Ukrayna vətəndaşlığı alıb. 2015-ci ilin dekabr ayında Gürcüstan vətəndaşlığından məhrum edilib. 2015-2016-cı illərdə Odessa vilayətinin qubernatoru olub. O həmçinin Ukrayna Prezidenti Petro Poroşenkonun müşaviri vəzifəsini icra edib. 2017-ci ildə Petro Poroşenko Saakaşvilinin Ukrayna vətəndaşlığını ləğv edib. 2019-cu ildə Ukrayna prezidenti seçilən Volodimir Zelenski gürcü siyasətçinin Ukrayna vətəndaşlığını bərpa edərək onu ölkəsinə dəvət edib. Saakaşvili Ukraynaya qayıtsa da, orada heç bir siyasi ambisiyasının olmadığını bildirib. 2021-ci ilin oktyabrında Gürcüstana qayıdıb və elə həmin gün də Tbilisidə saxlanılıb.

Saakaşviliyə büdcə mənimsənilməsinə görə 9 il, sərhədin qanunsuz keçilməsinə görə 4,5 il, toplamda isə 13,5 il həbs cəzası verilib. 

Banu