Mövqelərimiz yenə atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub.

Mar 19, 2025 - 20:57
Mövqelərimiz yenə atəşə tutuldu

Bu barədə SAVASHMEDİA.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 19-u saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.