Kadırov qəzaya uğradı, ağır yaralanıb - REANİMASİYADADIR
Çeçenistan lideri Ramzan Kadırovun 18 yaşlı oğlu Adam Kadırov Qroznıda ağır yol qəzasına düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə yerli müxalif kanalları məlumat yayıb.
Məlumata görə, oğul Kadırovun yüksək sürətlə hərəkət edən korteji maneə ilə qarşılaşıb və avtomobillər bir-birinə çırpılıb.
Bir neçə avtomobilin toqquşması nəticəsində çoxlu sayda yaralının olduğu bildirilir.
Qəzada ağır xəsarət alan Kadırovun xəstəxanaya yerləşdirildiyi və durumunun ağır olduğu deyilir.
Çeçenistan rəhbəri Ramzan Kadırovun ən kiçik oğlu olan Adam 24 noyabr 2007-ci ildə anadan olub.
Adam Kadırov çox gənc yaşlarından müxtəlif dövlət və təhlükəsizlik strukturlarında vəzifələr alması ilə gündəmə gəlib.
Ona bir sıra orden və medallar təqdim olunub.
Oğuz