Azərbaycan Prezidentinin Mətbuat xidmətinin əməkdaşı işdən çıxarıldı
Azərbaycan Prezidentinin Mətbuat katibi xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasov vəzifəsindən azad olunub.
SAVASHMEDİA.az xəbər verir ki, teleqraf-ın əldə etdiyi xəbərə görə, sözügedən xidmətin bir neçə əməkdaşı da işdən çıxarılıb.
Qeyd edək ki, Ə.Abbasov 1993-cü ildən Prezidentin Mətbuat xidmətinin çəkiliş qrupunda çalışırdı.
Onun həmçinin, MUZ TV-nin təsisçisi və kuratoru olduğu bildirilir.
Fotoda Ədalət Abbasov