Çempionlar Liqasının bombardiri yarışında əsas favorit odur – FOTO

Bukmekerlər 2026/27 mövsümündə UEFA Çempionlar Liqasının bombardiri olmağa əsas namizədi müəyyənləşdiriblər.

Nov 25, 2026 - 21:52
Çempionlar Liqasının bombardiri yarışında əsas favorit odur – FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu mübarizədə “Real Madrid”in hücumçusu Kilian Mbappe favorit hesab olunur.

Fransalı futbolçunun turnirin bombardiri olmasına 4,00 əmsal təklif edilir.

Siyahıda ikinci yerdə “Barselona”nın yarımmüdafiəçisi Rafinya (8,00), üçüncü pillədə isə “Mançester Siti”nin hücumçusu Erlinq Haland (9,00) qərarlaşıb.

İlk beşlikdə “Komo”nun hücumçusu Anastasios Duvikas və “Bavariya”nın forvardı Harri Keyn də yer alıb. Hər iki futbolçunun bombardir olmasına 15,00 əmsal müəyyənləşdirilib.

Hazırda Mbappe və Duvikasın hesabında 6 qol var. Rafinya və Keyn isə 4 dəfə fərqləniblər.

Qeyd edək ki, bukmekerlər Çempionlar Liqasının qalibi olmaq şanslarına görə PSJ və “Barselona”nı eyni səviyyədə qiymətləndirirlər. Hər iki komandanın turniri qazanmasına 4,50 əmsal təklif olunur.

Banu

Fotoda: Kilian Mbappe