AFFA pis havaya görə oyunları təxirə saldı
AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 və Gənclər Liqasının həftəsonu keçirilməsi planlaşdırılmış oyunları təxirə salınıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirir ki, oyunların təxirə salınması qeyri-sabit hava şəraiti ilə əlaqədardır.