"Qarabağ" bu iddiaların altından necə çıxacaq? - Elvin fotoları ilə şantaj olunub? 

“Qarabağ” klubu və baş məşqçi Qurban Qurbanovla bağlı ciddi ittihamlar səsləndirilir.

Apr 25, 2026 - 17:20
"Qarabağ" bu iddiaların altından necə çıxacaq? - Elvin fotoları ilə şantaj olunub? 

SAVASHMEDİA.az xəbər verir ki, "Qarabağ"ın futbolçusi Elvin Cəfərquliyevlə qalmaqalının arxasında əslində pul məsələsinin dayandığı bildirilir.

Belə ki, hər şey komandanın futbolçusu Elvin Cəfərquliyevin mövsümün sonunda klubdan ayrılmağa hazırlaşdığını bəyan etməsindən sonra başlayıb. Onun müqaviləsində “1+1” bəndi olsa da, uzadılması üçün qarşılıqlı razılıq tələb olunur. 

İddiaya görə, futbolçu "Qarabağ"la müqaviləni uzatmaq biyyətində olmayıb və “Neftçi” birbaşa təmasa keçərək 670 min manatlıq razılıq əldə edib.

Baş məşqçi Qurban Qurbanov və yaxın çevrəsi isə ona təzyiq göstərərək müqaviləni uzatmağa çalışırlar. Məqsəd Elvinin transferindən "Qarabağ"ın da qazanmasını təmin etməkdir. Bu səbəbdən də onlar Elvinlə müqaviləni uzatmaq və onu "Neftçi"yə özləri sataraq qazanc əldə etmək istəyirlər.

Məlumatlı mənbə iddia edib ki,  bu məqsədlə Elvinə şantaj cəhdləri belə olub. Belə ki, onun siqaret çəkdiyini əks etdirən fotoların yayılması ilə hədələndiyi vurğulanır. Həmçinin Elvinin gecə həyatının qabardılaraq onun "Neftçi" ilə bağlı qərarını dəyişdirməyə cəhd göstərildiyi iddia olunur.

Məlumatda o da bildirilir ki, futbolçu bu təzyiqlərə boyun əymədikdən sonra əvəzedici heyətə göndərilib.

Mənbə məlumatların dəqiq olduğunda israr edir: "İddianın yalan olduğunu düşünən varsa, gedib Elvinin özündən soruşa bilər”.

Oğuz 

Elvin Cəfərquliyev