Lyayen Rusiya ilə danışıqlara başlamaq üçün ŞƏRTLƏRİNİ AÇIQLADI

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara başlamaq üçün Rusiyaya iki şərt irəli sürüb. 

Nov 25, 2026 - 18:16
Lyayen Rusiya ilə danışıqlara başlamaq üçün ŞƏRTLƏRİNİ AÇIQLADI

SAVASHMEDİA.az xəbər verir ki, bu şərtlər Rusiyanın qış mövsümündə enerji infrastrukturuna qarşı hücumları dayandırması və Qara dənizdə gəmilərin təhlükəsiz hərəkəti ilə bağlı razılaşmanı qəbul etməsidir.

Onun sözlərinə görə, bu şərtlərin yerinə yetirilməsi Rusiyanın danışıqlara ciddi yanaşdığını göstərə bilər.

Lyayen qeyd edib ki, Avropa İttifaqı diplomatik həll perspektivlərini Rusiyanın bəyanatlarına deyil, konkret addımlarına əsasən qiymətləndirəcək.

Xatırladaq ki, Ursula fon der Lyayen daha əvvəl Avropa nümayəndə heyətinin Ukrayna münaqişəsinin həlli ilə bağlı növbəti danışıqlarda iştirak edəcəyini açıqlayıb. O, Avropanın Ukraynaya dəstəyini davam etdirəcəyini də vurğulayıb.

Banu