Ardanın qazax müxbirə davranışı təqdir edildi

Futbol üzrə Türkiyə milli komandasının və “Real Madrid”in ulduzu Arda Gülerin Qazaxıstan telekanalına verdiyi müsahibə sosial şəbəkələrdə maraqla qarşılanıb.

Nov 25, 2026 - 18:55
Ardanın qazax müxbirə davranışı təqdir edildi

SAVASHMEDİA.az xəbər verir ki, müsahibə zamanı qazaxıstanlı müxbir Türkiyə türkcəsini yaxşı bilmədiyini deyərək futbolçudan üzr istəyib.

Arda Gülər isə “problem deyil” deyərək müxbirin narahatlığına gərək olmadığını bildirib və sualları səmimi şəkildə cavablandırıb.

Gənc futbolçunun təvazökar davranışı sosial şəbəkələrdə təqdir olunub. Müsahibədən yayılan görüntülər minlərlə bəyənmə toplayıb.

Banu